İqtisadiyyat və maliyyə sahəsində ilkin təhsilin hər kəsin gündəlik həyatına göstərə biləcəyi güclü və ömürlük təsir çox az təhsil sistemində məlumdur. İqtisadiyyat üzrə Olimpiada ideyası Çexiya İqtisadi Təhsil İnstitutu (INEV) tərəfindən irəli sürülmüşdür. Burada məqsəd yeniyetmələrdə iqtisadiyyatı öyrənməyə dair maraq oyatmaqdır. Hal-hazırda İqtisadiyyat üzrə Olimpiada 7 ölkədə keçirlir. Economic Fundamentals Initiative (EFI) 2023-cü ildə müsabiqənin daha 8 ölkədə təşkil olunacağından məmnunluq hissi duyur.
İqtisadiyyat üzrə Olimpiada 4 mərhələdən təşkil olunmuşdur - məktəb, regional (seçim əsaslı), milli və beynəlxalq. Hər ölkədən seçilmiş 5 ən yaxşı tələbə beynəlxalq mərhələdə yarışmaq imkanı qazanacaq.
İqtisadiyyat haqqında məlumatı olmayan şagirdlər üçün nəzərdə tutulmuşdur! Şagirdlər onlayn imtahandan keçirlər. Ən yaxşı şagirdlər növbəti mərhələyə keçirlər.
Yerli vəziyyətdən asılı olaraq onlayn və ya oflayn qaydada təşkil olunur.
Ölkənin ən yaxşı 50 iştirakçısı üçün bir günlük tədbir keçirilir.
Hər ölkədən seçilən ən yaxşı 5 şagird 2023-cü il beynəlxalq müsabiqədə iştirak etmək üçün Slovakiyanın Bratislava şəhərinə üz tutacaq! Olimpiada 2-4 gün davam edir. Müsabiqənin iştirakçıları yeni dostlar qazanmaq, yeni bir ölkəyə səfər etmək və böyük nüfuza malik olan qonaq natiqləri dinləmək və öyrənmək imkanı əldə edirlər.
İqtisadiyyat Olimpiadası 14-20 yaşlı orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Müsabiqədə iştirak etmək üçün heç bir formal iqtisadi təhsil tələb olunmur. Ancaq!... Siz EFI-nin pulsuz nəşri olan "Sağlam İqtisadi Düşüncə"ni oxumaqla və bizim maraqlı kitabxana məzmunumuza nəzər salmaqla uğura aparan yolda özünüzə yardım edə bilərsiniz.
Ölkənizdə 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiada haqqında daha ətraflı məlumat əldə etmək üçün EFI-nin ölkə tərəfdaşı ilə əlaqə saxlayın.
Davranış Qərarları üzrə Mərkəz 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
Gürcüstan İqtisadi Savadlılıq Təşəbbüsü 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
Riinvest İnstitutu 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
İctimai Siyasət və İdarəetmə İnstitutu 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
Liberal Alternativ İnstitutu 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
Bendukidze Azad Bazar Mərkəzi 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
"Bilim Barine" 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzi 2023-cü ildə baş tutacaq İqtisadiyyat üzrə Olimpiadanın ölkə üzrə təşkilatçısıdır.
Müasir dövrə aid iqtisadi mövzularda daha çox məqalə və videolar üçün xəbər hesabatımıza abunə olun.